Tələbə özünü xəstəxananın 4-cü mərtəbəsindən atdı - Foto
- 15.03.2023, 12:30,
- Kriminal
Baxılıb: 2
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün Nəsimi rayonu ərazisində yerləşən Milli Hematologiya və Transfuziologiya Mərkəzində intihar hadisəsi qeydə alınıb. “Qanunyolutv.az”-ın əldə etdiyi məlumata görə, orada müalicə olunan 2002-ci il təvəllüdlü Gülşən Abbaslı özünü 4-cü mərtəbənin pəncərəsindən atıb. Ağır xəsarət alan qız Kliniki Tibbi Mərkəzə aparılsa da, vəfat edib.
Hadisə yerinə polis və prokurorluq əməkdaşları gəlib. Məlum olub ki, Gülşən Abbaslı onkoloji xəstəlikdən əziyyət çəkib və bir müddət imiş Milli Hematologiya və Transfuziologiya Mərkəzində müalicə alırmış.
Gülşən Abbaslı Bakıda fəaliyyət göstərən universitetlərdən birinin tələbəsi olub.
"Qanunyolutv.az" xəbər verir ki, hadisə ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, faktla bağlı zəruri araşdırmalar həyata keçirilir.
Allah rəhmət eləsin!