Kamran Əliyev Naxçıvanda bu şəxsləri vəzifədən kənarlaşdırdı
- 16.02.2023, 16:00,
- Kriminal / Xəbər
Baxılıb: 2
Facebook
Вконтакте
Одноклассники
Google+
Naxçıvan Muxtar Respublikası (MR) Prokurorluğunda kadr dəyişiklikləri olub.“Qanunyolutv.az” xəbər verir ki, Baş prokuror Kamran Əliyevin əmri ilə Naxçıvan Prokurorluğunun İstintaq şöbəsinin rəisi
İlqar Əsgərov və prokurorluğun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin böyük prokuroru
Əsrafil Əsgərov vəzifədən azad olunub. Onların prokurorluq orqanlarında qulluq keçmələrinə xitam verilib.
Kamran Əliyevin digər əmri ilə Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinin icrası vəzifəsi
Ramal İbrahimovun üzərindən götürülərək o, həmin şöbənin böyük prokuroru vəzifəsinə təyin edilib.
Bundan əlavə
Vüqar Hüseynova Naxçıvan MR Prokurorluğunun Daxili işlər orqanlarının istintaq, təhqiqat və əməliyyat-axtarış fəaliyyətində qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinin icrası həvalə edilib.