İş qadınını öldürən ərinə hökm oxundu

  • 16.02.2023, 13:30,
  • Kriminal
  • Baxılıb: 2
İş qadınını öldürən ərinə hökm oxundu

Bakıda əri tərəfindən öldürülən iş qadını Ayşə Bayramovanın qətli ilə bağlı məhkəmə yekunlaşıb.

“Qanunyolutv.az” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Məhəmməd Əkbərovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxs Vüsal Bayramova hökm oxunub. Hökmə əsasən, o, 9 il 2 ay müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, bu Vüsal Bayramovun ikinci evliliyi olub. Ata-anasını erkən yaşda itirən Ayşə nənəsinin himayəsində böyüyüb. Hadisə də qadın nənəsinə baş çəkərkən qeydə alınıb. Ailə qurduqdan sonra da tez-tez nənəsinin yanına gedən Ayşə evdə olarkən həyat yoldaşının hücumuna məruz qalıb. Kişinin çoxsaylı bıçaq zərbələrindən ağır yaralanan qadın qanitirmədən hadisə yerində vəfat edib.

Əslən Masallıdan olan və “Kirvə Vüsal” adı ilə tanınan Vüsal Bayramov Ayşə ilə evləndikdən sonra Bakıya köçüb. Onların 5 illik evliliyindən bir oğlu da olub. Ayşə Bayramova iş qadını kimi tanınıb. Belə ki, o, müxtəlif vaxtlarda paytaxda yerləşən bir neçə geyim mağazasının sahibi olub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter