Sumqayıtda idmançını öldürən ata-oğula hökm oxundu

Sumqayıtda idmançını öldürən ata-oğula hökm oxundu

Sumqayıt şəhərində Rasif Həbibovu öldürməkdə təqsirləndirilən Əhəd İsmayılov və Ramil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

“Qanunyolu.info.az” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, Ramil İsmayılov 10 il 6 ay, Əhəd İsmayılov isə 9 il müddətinə azadlıqdan məhrum ediliblər.

Qeyd edək ki, hadisə 2018-ci ildə baş verib və uzun müddət məhkəmə çəkişməsi gedib.

Dava internet klubda telefonu “zaryatka”ya taxmaq üstündə olub. Ramil İsmayılov internet klubda Rasif Həbibovun telefonunu enerjidən ayırıb öz telefonunu taxmaq istəyəndə tərəflər arasında mübahisə yaranıb. Rasif Həbibov Ramil İsmayılovu şillə ilə vurub. Bundan sonra Ramil evə gedərək atası Əhədlə birgə Həbibovla münasibətləri aydınlaşdırmaq üçün geri qayıdıb. Bu zaman onların üzərində bıçaq olub. Ata və oğul Rasif Həbibov və onun dostu Samir Dadaşovu bıçaqlayıblar. Yaralılar dərhal xəstəxanaya çatdırılıb. Lakin bir neçə gün sonra Rasif Həbibov xəstəxanada dünyasını dəyişib.

Dava edən şəxslər qonşu olublar. Qətlə yetirilən Rasif Həbibov isə idmançı olub.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter