Sürücü ona yol verməyən şəxsi baltaladı
- 10.01.2023, 12:30,
- Kriminal / Xəbər
Baxılıb: 26
Facebook
Вконтакте
Одноклассники
Google+
Dünən saat 16 radələrində Mingəçevirdə sürücülər arasında insident baş verib.“Qanunyolutv.az” xəbər verir ki, şəhər sakini 1971-ci il təvəllüdlü Faiq Şikar oğlu Məmmədov balta ilə 27 yaşlı Elvin Paşayevin baş nahiyəsinə zərbələr endirib. Ağır xəsarətlər alan gənc oğlan xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.
İlkin araşdırma zamanı məlum olub ki, hadisə Mingəçevir şəhəri, Heydər Əliyev prospektində sürücülərin bir-birinə yol verməməsi üstündə olub. Birinci Qarabağ müharibəsi qazisi olan Faiq Məmmədov əsəbi şəkildə avtomobilindəki baltanı götürərək digər sürücü Elvin Paşayevə hücum edib və onun başına ağır zərbə endirib.
Faiq Məmmədovun əvvəllər Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə məhkum olunması da məlum olub.