Rusiyada qadını öldürən şəxsin işi Azərbaycana göndərildi
- 27.04.2021, 12:10,
- Kriminal
Baxılıb: 23
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyada qadının ölümünə səbəb olan şəxs Azərbaycanda axtarılır.Ucar rayon prokurorluğundan "Qanunyolu.info.az", “Qafqazinfo”ya verilən məlumata istinadən, 25.10.2015-ci tarixdə Rusiya Federasiyasında Zaqirova Rasima Zakirovnanın ölüm faktı üzrə Cinayət Məcəlləsinin 111-ci maddəsinin 4-cü hissəsi ilə (qəsdən sağlamlığa ağır zərər vurma; ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) cinayət işi başlanılıb.
Məmmədov Əlövsət Novruz oğlu həmin iş üzrə təqsirləndirilib. Cinayət işi istintaqın davam etdirilməsi üçün Azərbaycan Baş Prokurorluğuna göndərilib.
26.04.2021-ci il tarixdə Ucar Rayon Prokurorluğu tərəfindən həmin cinayət işi icraata qəbul edilib və iş üzrə əməl Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma; ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif olunub.
Hazırda 09.01.1965-ci il tarixdə Ucar rayonu Qardağlı kəndində anadan olmaqla həmin ünvanda qeydiyyatda olan, Azərbaycan vətəndaşı Əlövsət Məmmədovun istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-istintaq tədbirləri davam etdirilir.
