“Rahat” marketin işçiləri arasında dava - Biri bıçaqlanıb

  • 25.06.2020, 11:15,
  • Kriminal
  • Baxılıb: 30
“Rahat” marketin işçiləri arasında dava - Biri bıçaqlanıb












Bakıda yerləşən “Rahat” supermarket şəbəkəsinin filiallarından birinin işçiləri arasında dava düşüb.

"Qanunyolu.info.az", “Qafqazinfo”nun əldə etdiyi məlumata istinadən, hadisə bu ilin martın 31-i gecə saat 23 radələrində baş verib. “Metropark” ticarət mərkəzinin birinci mərtəbəsində yerləşən “Rahat” supermarketin işçiləri həmin TM-in arxa hissəsində mübahisə ediblər. Onlardan biri, İsmayıl Kərimli iş yoldaşı Rəşad Ağakişiyevi bıçaqlayaraq xəsarət yetirib.

Həmin zaman faktla bağlı Cinayət Məcəlləsinin 128.1-ci (Qəsdən sağlamlığa yüngül zərər vurma) maddəsi ilə cinayət işi başlanılıb.

İyunun 24-də cinayəti törətməkdə şübhəli bilinən İsmayıl Kərimli tutulub. Cinayət işi Məcəllənin 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddəsinə tövsif edilib. Hazırda Narimanov RPİ-də istintaq davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter