Karantin rejimini pozub qumar oynayanlar saxlanıldı - Foto
- 16.04.2020, 21:28,
- Kriminal
Baxılıb: 27
Facebook
Вконтакте
Одноклассники
Google+
Ölkə ərazisində xüsusi karantin rejiminin elan edilməsinə baxmayaraq bəzi şəxslər tərəfindən nizam-intizamın pozulması hallarına rast gəlinməkdədir.
"Qanunyolu.info.az",“Qafqazinfo”-ya istinadən istinadən xəbər verir ki, Tərtərdə polislər tərəfindən keçirilən tədbir zamanı rayon ərazisindəki avtomobil təmiri sexinin önündə 6 nəfərin xüsusi karantin rejimini pozaraq qumar və digər stolüstü oyunlar oynadıqları aşkar edilib.
Polis əməkdaşları tərəfindən həmin şəxslər saxlanılaraq Polis Şöbəsinə gətiriliblər. Xüsusi karantin rejimini pozan şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə tədbir görülərək protokol tərtib edilib.