Xeyir-şər evində qumar oynayanlar saxlanıldı
- 15.04.2020, 23:28,
- Hadisə
Baxılıb: 23
Facebook
Вконтакте
Одноклассники
Google+
Badamdar qəsəbəsi, N.Paşayev küçəsində yerləşən ümumi istifadədə olan xeyir-şər evində 6 nəfərin xüsusi karantin rejimini pozaraq qumar və digər stolüstü oyunlar oynadıqları aşkar edilib.
"Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, həmin şəxslər polis əməkdaşları tərəfindən saxlanılaraq aidiyyatı üzrə Polis Bölməsinə gətiriliblər.
Xüsusi karantin qaydalarını pozan kafedə olan müştərilər barəsində Polis Bölməsində İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə tədbir görülərək 100 manat miqdarında cərimə ediliblər.