Karantinlə bağlı 2 günün rəqəmləri - 29 həbs, 7314 cərimə
- 15.04.2020, 22:49,
- Kriminal
Baxılıb: 23
Facebook
Вконтакте
Одноклассники
Google+
Daxili İşlər Nazirliyi ötən 2 gün ərzində karantin rejiminin pozulması ilə bağlı statistik məlumatları açıqlayıb. "Qanunyolu.info.az", “Qafqazinfo”nun verdiyi xəbərə istinadən, ötən 2 gündə xüsusi karantin rejimini pozduqlarına görə 1 cinayət işi üzrə 3 nəfər barəsində həbs qətimkan tədbiri seçilib, 26 nəfər inzibati qaydada həbs olunub, 7314 nəfərə isə inzibati cərimə tətbiq edilib.
Respublikanın daxili işlər orqanlarının əməkdaşları tərəfindən həyata keçirilən nəzarət tədbirləri ilə aprelin 13-dən 15-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan 4 iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb. Həmin obyekt sahiblərinin hər biri inzibati cərimə edilib.
Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimini pozduqlarına görə ümumilikdə 7314 nəfərə İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə tətbiq edilmiş, 26 şəxs isə inzibati qaydada həbs olunmuş, 1 cinayət işi üzrə 3 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.
Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə 3 nəfər inzibati qaydada həbs, 3 nəfər isə cərimə edilib.
