Qrup şəklində yığışıb narkotik çəkdilər - Video

  • 12.10.2022, 12:30,
  • Kriminal
  • Baxılıb: 45
Qrup şəklində yığışıb narkotik çəkdilər - Video

Sosial şəbəkələrdə bir qrup şəxsin qrup halında narkotik vasitə qəbul etməsi ilə bağlı görüntülər yayılıb.

“Qanunyolutv.az” xəbər verir ki, görüntülərin Bakıda qeydə alındığı bildirilir. Videoda 5 nəfərin bir yerdə narkotik maddələrdən istifadə etdiyi, bir nəfərin digərinin qoluna iynə vurduğu da görünür.
Qrup şəklində yığışıb narkotik çəkdilər - Video

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən bildirilib ki, görüntülər Nizami rayonunda qeydə alınıb: "Sosial şəbəkələrdə yayılan görüntülərlə bağlı Nizami RPİ-nin 24-cü Polis Şöbəsi əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə 1985-ci il təvəllüdlü Siyavuş Bayramovdan 2.648 qram narkotik vasitə olan heroin aşkar edilərək götürülüb. Onun barəsində Cinayət Məcəlləsinin 234.1-1-ci maddəsilə cinayət işi açılıb. Digər şəxslər - 1981-ci il təvəllüdlü Rəsul Quliyev, 1983-cü il təvəllüdlü Elxan Məmmədov, 1976-ci il təvəllüdlü Rövşən Məmmədov barəsində İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsi ilə toplanmış materiallar aidiyyəti üzrə rayon məhkəməsinə göndərilib".

Sözügedən görüntüləri təqdim edirik:
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter