“Xutor”da narkotik satan daha 13 nəfər saxlanıldı - Video

  • 26.08.2022, 11:00,
  • Kriminal
  • Baxılıb: 37
“Xutor”da narkotik satan daha 13 nəfər saxlanıldı - Video

“Xutor”da narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 13 nəfər saxlanılıb.

"Qanunyolutv.az" xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri növbəti əməliyyat nəticəsində rayonun "Xutor" adlanan ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 13 nəfər saxlanılıb.

Həmin şəxslərdən 10-u barəsində Nərimanov RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb. Digər 3 şəxs isə qanunvericiliyə uyğun olaraq inzibati məsuliyyətə cəlb olunub. Aşkar olunan hər bir faktla bağlı araşdırmalar davam etdirilir.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter