Motosikletlə narkotik daşıyan kuryerlər saxlanıldı - Video

  • 04.07.2022, 13:00,
  • Kriminal
  • Baxılıb: 34
Motosikletlə narkotik daşıyan kuryerlər saxlanıldı - Video

Abşeronda motosikletlə narkotik vasitələrin qanunsuz dövriyyəsini təşkil edən kuryerlər saxlanılıblar.

"Qanunyolutv.az" xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən verilən məlumata görə, Xırdalan şəhərində narkotik vasitələrin satışı ilə məşğul olan Telman Əliyev, Fatmayı qəsəbəsində isə Kənan Məmmədov saxlanılıb. T.Əliyevin əlində olan çantaya baxış zamanı 1 kiloqram heroin, 3 kiloqram marixuana və 40 qram metamfetamin aşkar edilib. Kənan Məmmədovun üzərindən isə 100 qram metamfetamin aşkar edilib. Onlar xaricdə yaşayan narkotacirlərlə sosial şəbəkələr vasitəsi ilə əlaqə yaradaraq ölkə ərazisinə göndərilən narkotikləri Abşeron rayonu ərazisində satmaq məqsədi ilə qəbul ediblər.
Motosikletlə narkotik daşıyan kuryerlər saxlanıldı - Video

Araşdırma zamanı müəyyən edilib ki, Kənan Məmmmədov narkotik vasitələrin satışı və Abşeron rayonu ərazisində paylanılması zamanı motosikletdən istifadə edirmiş. Hər iki şəxs barəsində həbs qətimkan tədbiri seçilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter