Gürcüstandan Bakıya silsilə oğurluq üçün gəldi - Video
- 25.06.2022, 14:00,
- Kriminal
Baxılıb: 39
Facebook
Вконтакте
Одноклассники
Google+
Bakıda mənzillərdən silsilə oğurluqlar edən Gürcüstan vətəndaşı saxlanılıb."Qanunyolutv.az" xəbər verir ki, DİN-in Mətbuat Xidmətindən bildirilib ki, araşdırmalar nəticəsində şəxsin Gürcüstan vətəndaşı Paata Grineviç olduğu məlum olub. O, ifadəsi zamanı Bakıya məhz oğurluq məqsədi ilə gəldiyini bildirib.
Onun paytaxtın Nərimanov və Nizami rayonlarında yerləşən mənzillərdən silsilə oğurluqlar etdiyi müəyyən edilib. Şəxsin oğurluq etdiyi ünvanlara getməsi təhlükəsizlik kameraları vasitəsi ilə lentə alınıb.
Paata Grineviçin əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, polis orqanlarına məlumat verə bilərlər.