Həbsdə ölən icra başçısının əmlakları müsadirə edilməyəcək

  • 23.02.2022, 11:00,
  • Kriminal
  • Baxılıb: 49
Həbsdə ölən icra başçısının əmlakları müsadirə edilməyəcək

Həbsdə vəfat edən Ağstafa Rayon İcra Hakimiyyətinin sabiq başçısı Nizaməddin Quliyev və müavini Ramiz Tatarovun apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

"Qanunyolu.info.az" xəbər verir ki, Ramiz Tatarovun vəkili İlham Əsədov bildirib ki, Gəncə Apellyasiya Məhkəməsinin qərarı ilə Ramiz Tatarovun həbs müddəti 3 ay azaldılaraq, 8 il 6 aydan 8 il 3 aya endirilib. Cinayət Məcəlləsinin 313-cü (vəzifə saxtakarlığı) maddəsi üzrə müddət keçdiyi üçün onun üzərindən ittiham götürülüb.

Nizaməddin Quliyevin cinayət işinə isə vəfat etdiyi üçün bəraətverici əsaslar olmadan xitam verilib. Onun əmlakının üzərinə qoyulmuş həbs götürülüb.

Qeyd edək ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nizaməddin Quliyev 9 il, R.Tatarov isə 8 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi. Nizaməddin Quliyev ötən il sentyabrın 7-də koronavirusa yoluxduğu üçün xəstəxanaya yerləşdirilmiş, orada vəfat etmişdi.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter