Sabiq icra başçılarının istintaqı yekunlaşdı - Məhkəmələri başlayır
- 26.12.2020, 10:35,
- Kriminal
Baxılıb: 42
Facebook
Вконтакте
Одноклассники
Google+
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən həbs edilən Ağstafa və Yevlax İcra Hakimiyyətlərinin sabiq başçılarının cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb."Qanunyolu.info.az", “Qafqazinfo”-nun verdiyi xəbərə istinadən, Yevlax rayonunun keçmiş icra başçısı Qoca Səmədovun cinayət işi baxılması üçün Şəki Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Onun məhkəmə prosesi hakim Rəşid Hüseynovun sədrliyi ilə keçiriləcək.
Qoca SəmədovAğstafa rayon sabiq icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini olmuş Ramiz Tatarovun da məhkəmə işi birlikdə baş tutacaq. Onların məhkəmə prosesi Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Məhəmməd Bağırovun sədrliyi ilə keçiriləcək.
Onlar hər üçü külli miqdarda rüşvət almaqda ittiham edilirlər.
****
N.Quliyev və R.Tatarovun məhkəməsinin vaxtı təyin edilib. İlkin hazırlıq iclası yanvarın 19-da keçiriləcək.