Həbsdə olan sabiq icra başçısı koronavirusdan öldü
- 08.09.2021, 13:15,
- Siyasət
Baxılıb: 53
Facebook
Вконтакте
Одноклассники
Google+
Ağstafa rayonunun sabiq icra başçısı, həbsdə olan Nizaməddin Quliyev bu gün dünyasını dəyişib.“Qanunyolu.info.az”-ın Axar.az-a istinadən məlumatına görə, o, həbsxanada koronavirusdan vəfat edib.
Qeyd edək ki, vəzifə səlahiyyətlərindən sui-istifadə etdiyi üçün Dövlət Təhlükəsizlik Xidmətinin keçirdiyi əməliyyat zamanı Ağstafa Rayon İcra Hakimiyyətinin başçısı Nizaməddin Quliyev həbs olunmuşdu.
Bu ilin avqustun 7-də Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən məhkəmə zamanı Nizaməddin Quliyev 8 il 6 ay müddətində azadlıqdan məhrum edilmişdi.