Ata Abdullayevə 7 il həbs verildi

  • 28.12.2021, 13:00,
  • Kriminal
  • Baxılıb: 83
Ata Abdullayevə 7 il həbs verildi

İnsanları şantaj edərək pul almaqda təqsirləndirilən bloqer Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi sona çatıb.

[b]“Qanunyolu.info.az” xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən sonuncu prosesdə Ata Abdullayev məhkəmədə ağlayaraq son söz deyib:[/b
“Başqa müstəvidə günahımın nədən ibarət olduğunu bilirəm, buna görə dəfələrlə üzr istəyirəm. Mən bilirəm ki, nəyə görə buradayam”.

Məhkəmənin hökmü ilə Ata Abdullayev 7 il müddətə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, özünü bloqer kimi təqdim edən A.Abdullayev bu ilin martında DTX əməkdaşları tərəfindən saxlanılıb. Ona Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsilə ittiham elan edilib. Cinayət işi üzrə 4 zərərçəkmiş olub. Onlardan biri keçmiş MTN işçisi, biri Abşeron İcra Hakimiyyətinin əməkdaşı, digər ikisi isə sahibkar olub.

Ata Abdullayev daha əvvəl də iki dəfə cinayət törədib. 2004-cü ildə hərbi xidmətdən yayındığına görə, 2014-cü ildə isə kibercinayətkarlıq ittihamı ilə ona cəza verilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter