“Zəfər yoluna and olsun ki, onları cəmi iki dəfə görmüşəm”

  • 08.10.2021, 18:00,
  • Kriminal
  • Baxılıb: 41
“Zəfər yoluna and olsun ki, onları cəmi iki dəfə görmüşəm”

Bloqer Ata Abdullayevin cinayət işi üzrə məhkəmə prosesi başlayıb.

“Qanunyolu.info.az” xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib. Ata Abdullayevin vəkili həbs qətimkan tədbirinin dəyişdirilməsi barədə vəsatət qaldırıb. Vəsatət təmin olunmayıb.

Daha sonra Ata Abdullayev çıxış edib: “Zəfər yoluna and olsun ki, burada zərərçəkmişlərdən eləsi var ki, onu cəmi 2 dəfə görmüşəm. Mən öz günahımın nədən ibarət olduğunu bilirəm”.

Məhkəmə müşavirədən sonra ilkin baxış iclasını oktyabrın 19-na təyin edib.

Qeyd edək ki, Ata Abdullayev bu ilin mart ayında Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılıb. O, Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə pul tələb etmə) maddəsi ilə təqsirli bilinərək barəsində həbs qətimkan tədbiri seçilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter