Ata Abdullayevin apellyasiya şikayəti üzrə qərar elan edilib
- 17.03.2021, 12:00,
- Kriminal / Xəbər
Baxılıb: 48
Facebook
Вконтакте
Одноклассники
Google+
Tanınmış bloger, insanları şantaj etməklə hədə-qorxu ilə pul almaqda ittiham edilərək həbs edilən Ata Abdullayev apellyasiya şikayəti verib.“Qanunyolu.info.az” xəbər verir ki, Ata Abdullayev Səbail rayon məhkəməsinin həbs qətimkan seçilməsi qərarı ilə razılaşmayaraq Bakı Apellyasiya Məhkəməsinə üz tutub.
Hakim Elmar Rəhimovun sədrliyi ilə keçirilən prosesdə Abdullayevin şikayəti təmin edilməyib. Nəticədə Ata Abdullayev həbsdə qalıb.Prosesdə Ata Abdullayev özü də iştirak edib və ittihamı qəbul etmədiyini bildirərək heç kimi şantaj etmədiyini deyib.
Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən saxlanılan Ata Abdullayev Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə; təkrar törədildikdə) maddələri ilə ittiham edilir.
İlkin məlumata görə, Ata Abdullayev 6 vətəndaşı şantaj edərək onlardan pul alıb. İstintaq gedişində zərərçəkmişlərin sayının artması istisna edilmir.