Avtoxuliqanlıq edib videolarını paylaşan şəxslər saxlanıldı
- 27.12.2021, 12:00,
- Kriminal
Baxılıb: 108
Facebook
Вконтакте
Одноклассники
Google+
Sosial şəbəkələrdə avtoxuliqanlıq etmələri ilə bağlı videogörüntülər yerləşdirən şəxslər saxlanılıb.“Qanunyolu.info.az” xəbər verir ki, saxlanılan 2 nəfər Bakıda avtoxuliqanlıq edərək digər yol hərəkəti iştirakçılarının həyatına real təhlükə yaradıb. Polisin qanuni tələbini yerinə yetirməyən, sükan arxasında sərxoş vəziyyətdə avtomobil idarə edən həmin sürücülər barəsində inzibati tənbeh tədbiri tətbiq olunub.
Belə ki, Sabunçu Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində saxlanılan Bakı şəhər sakini Kamran Nəbiyev tibbi müayinədən keçirilərkən onun narkotik vasitə istifadə etməsi aşkar edilib. Sabunçu rayon məhkəməsinin qərarı ilə K.Nəbiyev 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 1 ay 10 gün müddətinə inzibati qaydada həbs edilib.
Binəqədi Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bakı şəhərində yaşayan Rəşad Abasov müəyyən edilərək saxlanılıb.
Binəqədi rayon məhkəməsinin qərarı ilə Rəşad Abasov 1 il müddətinə sürücülük hüququndan məhrum edilməklə 15 gün inzibati qaydada həbs edilib.
