Ev sahibi toya getdi, kirayənişin 3 minə yaxın oğurluq etdi

  • 05.08.2021, 13:00,
  • Kriminal
  • Baxılıb: 34
Ev sahibi toya getdi, kirayənişin 3 minə yaxın oğurluq etdi

Tovuz rayon sakini olan bir qadın ona məxsus evdən nağd pulun oğurlanması barədə polisə müraciət edib.

Daxil İşlər Nazirliyinin mətbuat xidmətindən "Qanunyolu.info.az", “Qafqazinfo”ya verilən məlumata istinadən, hüquq-mühafizə orqanının əməkdaşları həmin ünvana gəlib, müvafiq tədbirlər həyata keçiriblər.

Araşdırmalar zamanı məlum olub ki, vətəndaşın evindən 2550 manat pul oğurlanıb.
Ev sahibi toya getdi, kirayənişin 3 minə yaxın oğurluq etdi

Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törətməkdə şübhəli bilinən, həmin evdə kirayənişin qalan Fariz İsgəndərov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxs ev sahibinin toy mərasiminə getdiyini, əvvəlcədən evdə pul olduğunu bildiyini və pəncərədən daxil olaraq pulu oğurladığını etiraf edib.

Fariz İsgəndərov saxlanılaraq maddi sübutlarla birlikdə istintaqa təhvil verilib, faktla bağlı araşdırmalar davam etdirilir.
Ev sahibi toya getdi, kirayənişin 3 minə yaxın oğurluq etdi
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter