“Karvan” restoranının qarşısında bıçaqlanma
- 04.08.2021, 15:50,
- Kriminal
Baxılıb: 46
Facebook
Вконтакте
Одноклассники
Google+
Kürdəxanı qəsəbəsində 1990-cı il Oruc Maşayev qonşusu Gülbala Əmirovu münaqişə zəminində bıçaqlayıb. “Qanunyolu.info.az”-ın məlumatına görə, Oruc Maşayev Əmirova 3 bıçaq zərbəsi endirib. O, tutularaq istintaqa təhvil verilib.
Digər hadisə isə Sulutəpə qəsəbəsində, “Karvan” restoranının qarşısında olub. Qəsəbə sakini 1998-ci il təvəllüdlü Zahir Mustafayev bıçaqlanıb. Zahir Mustafayev ağır xəsarətlərlə xəstəxanaya çatdırılıb.
Onun həmyerlisi və həmyaşıdı Rəmzi İsmayılov tərəfindən bıçaqlandığı məlum olub. Rəmzi İmsayılov tutularaq istintaqa təhvil verilib.
Həmçinin, Yeni Günəşli qəsəbəsi “AB” massivində də bıçaqlanma hadisəsi baş verib. Belə ki, 1993-cü il təvəllüdlü Qoşqar Xuduzadə münaqişə zəminində Orxan Mailovu kürəyindən bıçaqlayıb.
Hazırda ilkin əməliyyat-axtarış tədbirləri davam edir.