Narkotik satan 9 nəfər tutulub

  • 27.04.2021, 17:30,
  • Kriminal
  • Baxılıb: 27
Narkotik satan 9 nəfər tutulub

Suraxanı rayonunda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan 9 nəfər saxlanılıb.

"Qanunyolu.info.az" xəbər verir ki, DİN Mətbuat xidmətindən verilən məlumata görə, Suraxanı, Əmircan, Bülbülə, eləcə də, rayonun inzibati ərazisinə daxil olan digər kənd və qəsəbələrdə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 9 nəfər tutulub.

Həmin şəxslər paytaxt sakinləri Əliağa Vahabov, Sərdar Quliyev, Tərlan Abbasov, Baba Şabanov, Əlisəttar Musayev, Nazim Musayev, Firuz Rəsulov, Yaşar Rzayev və Tofiq İbrahimovdan heroin, tiryək, metamfetamin və digər növdən olan narkotik vasitələr aşkar edilib.

Onlar barəsində cinayət işi başlanılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter