“Embawood” şirkəti “YAŞAT” Fonduna 100 000 manat vəsait köçürdü
- 12.12.2020, 15:10,
- İqtisadiyyat / Xəbər
Baxılıb: 45
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 27 sentyabr tarixində torpaqlarımızın düşmən işğalından azad olunması əmrini Azərbaycan Ordusu 44 gündə inamlı qələbə ilə yerinə yetirdi.Əsgər və zabitlərimiz görünməyən şücaət, qəhramanlıq, igidlik göstərərək öz canları və qanları bahasına torpaqları işğaldan azad edərək tarix yazdılar. Azərbaycan xalqı bu tarixi öz qəlbində uca tutacaq və hörmətlə anaraq yaşadacaq.
Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsində yaralanan və şəhid ailələrinin təminatına dəstək olaraq Prezident İlham Əliyevin 08 dekabr 2020-ci il tarixli fərmanı ilə “YAŞAT” fondu yaradıldı.
Bu barədə "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən “Embawood” şirkətindən bildirilib.
Qeyd olunub ki, “Embawood” şirkəti Vətən Müharibəsinin ilk günlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə Yardım Fonduna 200 000 manat ianə etmişdi. Şirkət öz mövqeyinə sadiq qalaraq “YASAT” fonduna 100 000 manat ianə edərək öz həmrəyliyini bildirib.
“Əminik ki, göstərilən hər bir dəstək bizi Azərbaycan Respublikasının Prezidenti və dövləti ətrafinda birləşdirərək, daha da möhkəm edəcək və üç rəngli bayrağımızı qürurla dalğalandıracaq. Qarabağ Azərbaycandır!”, - deyə şirkətdən bildiriblər.
