İradə Gülməmmədova asfaltlanan əraziyə baxış keçirib - Foto
- 23.06.2021, 14:40,
- İqtisadiyyat / Sosial / Xəbər
Baxılıb: 56
Facebook
Вконтакте
Одноклассники
Google+
Abşeron rayonunun Saray qəsəbəsində yerləşən 7 küçənin tamamilə yenidən qurularaq asfaltlanması başa çatıb. Rayon İcra Hakimiyyətinin başçısı İradə Gülməmmədova sözügedən qəsəbədə həyata keçirilən abadlıq-quruculuq işlərini yaxından izləmək məqsədilə əraziyə baxış keçirib. "Qanunyolu.info.az" xəbər verir ki, İcra başçısına bildirilib ki, qəsəbədə geniş miqyasda yenidənqurma işləri aparılır. Belə ki, RİH-in sifarişi ilə keçirilən tenderdə qalib gələn podratçı şirkət tərəfindən qəsəbənin Hacıbaba Səmədov, Ənvər Məmmədxanlı, Ayna Sultanova, Əhməd Cavad, Həsən Turabov, Xudu Məmmədov və Məhəmməd Hadi küçələrində həyata keçirilən asfaltlanma işləri başa çatıb.
Ümumi uzunluğu 4 km təşkil edən layihə çərçivəsində 21 min kvadratmetr sahəyə asfalt örtüyü çəkilib. Hərəkətin normal təşkili üçün yol nişanları və məlumatverici lövhələr quraşdırılıb, yolcizgi və yolgöstərici xətlərinin, həmçinin piyada zolaqlarının çəkilməsi işləri aparılıb. Bir sözlə tam müasir yol infrastruktur yaradılaraq vətəndaşların istifadəsinə verilib.
Daha sonra qəsəbə sakinləri ilə görüşən İradə Gülməmmədova onları narahat edən məsələlər, qarşılaşdıqları əsas problemlərlə maraqlanıb.
