Abşeronda koronvirus əleyhinə tədbirlər davam edir - Fotolar

Abşeronda koronvirus əleyhinə tədbirlər davam edir - Fotolar

Abşeron rayonunda COVID-19 infeksiyasının yayılmasının qarşısını almaq məqsədilə həyata keçirilən maarifləndirmə, təbliğat tədbirləri Xırdalan şəhəri də daxil olmaqla rayonun 15 kənd və qəsəbəsində mütəmadi olaraq davam etdirilir.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, rayon icra hakimiyyəti başçısı yanında yaradılmış operativ qərargahın üzvlərinin, İctimai Şuranın, polis əməkdaşlarının və könüllülərdən ibarət mobil qrupların birgə iştirakı ilə fəaliyyətinə icazə verilən obyektlərə baxış keçirilir, sakinlərlə söhbətlər aparılır.
Abşeronda koronvirus əleyhinə tədbirlər davam edir - Fotolar

Abşeron rayonunun kənd və qəsəbələrində keçirilən növbəti reydlər zamanı satıcı və alıcıların tibbi maskalardan istifadəsinin, sosial məsafənin gözlənilməsinin, marketlərə istehlakçıların məhdudiyyətli girişinin, ticarət obyektinin dezinfeksiyaedici vasitələrlə təmin olunmasının zəruriliyi bir daha sahibkarların diqqətinə çatdırılıb. Eyni zamanda, karantin qaydalarının pozulması hallarına yol veriləcəyi halda ciddi tədbirlərin görüləcəyi barədə məlumatlandırıblar.
Abşeronda koronvirus əleyhinə tədbirlər davam edir - Fotolar

Aparılan monitorinqlər zamanı Operativ Qərargahın qərarlarına uyğun şəraitin yaradıldığı, qaydalara ümumilikdə düzgün riayət edilməsi müşahidə olunub. Aşkar edilən nöqsanlar yerindəcə aradan qaldırılıb, mövcud qayda və tələblərlə bağlı sahibkarlıq subyektlərinin vəzifəli şəxsləri zəruri sosial davranış qaydaları və sanitar-epidemioloji normalarla bağlı məlumatlandırılıb.
Abşeronda koronvirus əleyhinə tədbirlər davam edir - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter