Rusiyada yaşayan idmançımızdan ordumuza dəstək
- 27.10.2020, 15:40,
- İdman
Baxılıb: 34
Facebook
Вконтакте
Одноклассники
Google+
Rusiyada yaşayan həmyerlimiz Xəyal Canıyev Azərbaycan Respublikası Silahlı Qüvvələrinə yardım edib."Qanunyolu.info.az" xəbər verir ki, idmançının dostlarının sosial şəbəkədə yaydığı məlumata görə, X. Canıyev Qarabağın işğaldan azad olunmasına dəstək məqsədilə Silahlı Qüvvələrin yardım fonduna 2200 manat köçürüb.
Qeyd edək ki, Xəyal Canıyev muay-tay boksu üzrə 4 qat Rusiya çempionu, 3 qat Avropa, 3 qat dünya çempionudur. Eyni zamanda Canıyev taylandlı döyüşçü Buakav Por Pramuk üzərində qələbə qazanmış azsaylı idmançılardan biridir.