Son finalçılar bəlli oldu

  • 09.10.2020, 01:50,
  • İdman
  • Baxılıb: 20
Son finalçılar bəlli oldu

Bu gün AÇ-2020-nin pley-off mərhələsinə start verilib. "Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, 16 komanda Avropa çempionatına son 4 vəsiqə uğrunda mübarizə aparıb.

A, B, C və D yolunda hərəsində 2 olmaqla ümumilikdə 8 cütlük yarımfinalda üz-üzə gəlib. Hər qrupun 2 qalibi noyabrın 12-də final mərhələsinə yollanmaq üçün öz aralarında həlledici qarşılaşmaya çıxacaq. Hər iki raund bir oyundan ibarət olacaq.

A yolunda Bolqarıstan Macarıstanla, İslandiya isə Rumıniya ilə üz-üzə gəlib. Bu görüşlərdə macarlarla islandlar sevinən tərəf olub.

Millətlər Liqasının D qrupunda Azərbaycanla mübarizə aparan və qrupu lider olaraq tamamlayan Kosovo yığması pley-offda Şimali Makedoniya ilə qarşılaşıb və məğlubiyyətlə üzləşib. D yolunun digər görüşündə Gürcüstan Belarusu minimal hesabla üstələyib.

B yolunda baş tutan Bosniya və Herseqovina – Şimali İrlandiya və Slovakiya – İrlandiya oyunlarında qalib penaltilərlə müəyyənləşib. 11 metrlik zərbələri daha dəqiq yerinə yetirən irlandlar və slovaklar növbəti mərhələyə yüksəliblər. C yolunda Şotlandiya da İsraili penaltilərlə üstələyib. Serbiya yığması isə Norveç üzərində qələbəyə sevinib.

Qeyd edək ki, koronavirus pandemiyasına görə gələn ilə təxirə salınmış AÇ-2020-yə Bakı, Sankt-Peterburq, London, Münhen, Roma, Buxarest, Dublin, Kopenhagen, Bilbao, Qlazqo, Budapeşt və Amsterdam şəhərləri ev sahibliyi etməlidir. Çempionat oyunları 2021-ci il iyunun 11-dən iyulun 11-dək keçiriləcək. Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə – Uels, Türkiyə – Uels və Türkiyə – İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

AÇ-2020
Pley-offun ilk oyunları

8 oktyabr

A yolu
Bolqarıstan – Macarıstan 1:3

Qol: Yomov, 89 – Orban, 17. Kalmar, 47. Nikoliks, 75.


İslandiya – Rumıniya 2:1
Qol: Siqurdsson, 16; 35 – Maksim, 62-pen.

B yolu
Bosniya və Herseqovina – Şimali İrlandiya 1:1 (penaltilər 3:4)

Qol: Kruniç, 14 – Makqinn, 53.

Slovakiya – İrlandiya 0:0 (penaltilər 4:2)

C yolu
Norveç – Serbiya 1:2

Qol: Normann, 88 – Milinkoviç-Saviç, 82; 103.

Şotlandiya – İsrail 0:0 (penaltilər 5:3)

D yolu
Gürcüstan – Belarus 1:0

Qol: Okriaşvili, 7-pen.

Şimali Makedoniya – Kosovo 2:1
Qol: Kololli, 16-öz qapısına. Velkovski, 33 – Haderqyonay, 29.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter