Avroliqada bütün yarımfinalçılar müəyyənləşdi
- 11.08.2020, 01:15,
- İdman
Baxılıb: 22
Facebook
Вконтакте
Одноклассники
Google+
Futbol üzrə Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulub."Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, sonuncu oyun günündə də iki görüş baş tutub.
Ukrayna “Şaxtyor”u “Bazel”lə, “Vulverhempton” isə “Sevilya” ilə üz-üzə gəlib. “Şaxtyor” rəqibini darmadağınla keçib. “Sevilya” isə son dəqiqələrdə vurduğu yeganə qol sayəsində mərhələ adlayan tərəf olub.
İlk oyun günündə “İnter” (İtaliya) “Bayer”dən (Leverkuzen, Almaniya) üstün olubsa (1:0), “Mançester Yunayted” (İngiltərə) də “Kopenhagen”ə (Danimarka) qalib gəlib (2:1).
Beləliklə, yarımfinalda “Sevilya” “Mançester Yunayted”lə üz-üzə gələcək. Bu görüş avqustun 16-da keçiriləcək. Bundan bir gün sonra isə “İnter”lə “Şaxtyor” qarşılaşacaq.
Avropa Liqası1/4 final
11 avqust
Şaxtyor (Donetsk, Ukrayna) – Bazel (İsveçrə) 4:1Qol: Moraes, 2. Tayson, 22. Patrik, 75-pen. Dodo, 88 – Volfsvinkel, 90+2.
Vulverhempton (İngiltərə) – Sevilya (İspaniya) 0:1Qol: Okampos, 88.