"Neftçi"-nin "Qalatasaray"-la matçda şansı yüz faizdir"
- 01.09.2020, 18:20,
- İdman / Müsahibə
Baxılıb: 26
Facebook
Вконтакте
Одноклассники
Google+
UEFA Avropa Liqasının 2-ci təsnifat mərhələsinfə “Qalatasaray”a rəqib olan “Neftçi”nin baş məşqçisi Füzuli Məmmədov jurnalistlərin suallarını cavablandırıb. "Qanunyolu.info.az", “Qafqazinfo”-ya istinadən xəbər verir ki, o, İstanbul klubu ilə matçda meydana qələbə üçün çıxacaqlarını bildirib: - Ümumi vəziyyət normaldır. Bəzi futbolçular milli komandadır. Sayın düzəlməsi üçün gənc oyunçular dəvət etmişik. Zədəlilərimiz yoxdur, hər şey qaydasındadır.
- Futbolçuların millidə olması hazırlıq prosesinə təsir edir?- Xeyr, çünki onlar da hazırlıq keçirlər.
- “Sumqayıt”la matçda hər hansı dəyişiklik gözlənilir?- Düşünmürəm ki, çox böyük dəyişikliklər olsun. Çünki futbolçularımız da çox deyil.
- Bilirik ki, diqqəti “Sumqayıt”la oyuna yönəltmisiz. Amma “Qalatasaray”la matç daha vacibdir...- Hazırda bütün diqqətimiz “Sumqayıt”la matçdadır. O ki qaldı “Qalatasaray”la matça bu barədə hələ çox danışmayaq.
- “Qalatasaray”la matç öncəsi futbolçularda hər hansı həyəcan yoxdur?- Heç bir həyəcan yoxdur. Düzdür, “Qalatasaray” Türkiyənin ən güclü klublarından biridir, qardaş ölkənin təmsilçisidir. Lakin oyunçularla danışmışıq. “Sumqayıt”la matç haqqında fikirləşməliyik.
- Demişdiniz ki, yeni transferiniz olacaq?- Həmin oyunçunun “Sumqayıt”la qarşılaşmaya qədər gələcəyini düşünmürəm. Amma “Qalatasaray”la matça qədər heyətdə ola bilər.
- Türkiyə klubları 2 futbolçunuza dəvət göndərib. Onların adlarını deyə bilərsiz?- Bu haqda nəsə demək istəmirəm.
- “Qalatasaray” “Ümraniyəspor”la 2:0 qazandığı oyunu izlədiniz? Həmin matçda ən çox nə diqqətinizi çəkdi?- “Qalatasaray” elə komandadır ki, onları dünya tanıyır. Futbolçularının fərdi keyfiyyətləri çox yuxarıdır. Lakin bu heç nəyi dəyişmir. Qardaş ölkə təmsilçisi ilə oyunda meydana qələbə üçün çıxacağıq.
- Şansları necə dəyərləndirirsiz?- Mənim üçün “Neftçi”nin yüz faiz şansı var.
