“Qalatasaray”dan yeni transfer

  • 11.08.2020, 00:10,
  • İdman
  • Baxılıb: 19
“Qalatasaray”dan yeni transfer

“Qalatasaray” heyətini yeni futbolçu ilə gücləndirib.

"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, İstanbul təmsilçisi “Rizəspor”dan ayrılan Oğulcan Çağlayanı transfer edib.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 24 yaşlı yarımmüdafiəçi ilə 4 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Oğulcan ötən mövsüm “Rizəspor”un heyətində 24 oyuna 4 qol vurub, 2 məhsuldar ötürmə müəllifi olub.

“Qalatasaray” bu yayın ilk transferi ilə müqavilənin detallarını da açıqlayıb. Çağlayan 2020/21 mövsümündə 3 milyon 750 min, 2021/22 mövsümündə 4 milyon 250 min, 2022/23 mövsümündə 4 milyon 750 min, 2023/24 mövsümündə isə 5 milyon 250 min TL məvacib alacaq.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter