Azərbaycan kuboku ləğv edildi
- 08.06.2020, 18:30,
- İdman
Baxılıb: 8
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Futzal Federasiyasının iclası keçirilib.Federasiyadan "Qanunyolu.info.az", “Qafqazinfo”ya verilən məlumata istinadən, koronavirus (COVİD-19) pandemiyası ilə əlaqədar mart ayında yarımçıq dayandırılan Yüksək, Birinci və İkinci liqalar, eləcə də Azərbaycan kuboku ilə bağlı müzakirələr aparılıb və aşağıdakı qərarlar qəbul olunub:
- Birinci və İkinci liqalarda, həmçinin Azərbaycan kuboku yarışında 2019-2020-ci il mövsümü başa çatdırılsın. Liqalarda hazırda turnir cədvəlində birinci pillədə yer alan komandalar – müvafiq olaraq “AjaxBaku” (Birinci Liqa) və NTD (İkinci Liqa) - qalib elan olunub.
- Yüksək Liqa ilə bağlı məsələyə koronavirus (COVID-19) pandemiyası ilə əlaqədar vəziyyət və Nazirlər Kabineti yanında Operativ Qərargahın qəbul etdiyi qərarlar nəzərə alınmaqla növbəti həftələrdə baxılacaq.