Daha iki ölkədə mövsüm bərpa olunur

  • 07.05.2020, 21:36,
  • İdman
  • Baxılıb: 21
Daha iki ölkədə mövsüm bərpa olunur












Xorvatiya və Serbiyada futbol mövsümünün davam etdirilməsinə qərar verilib.

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, bu barədə hər iki ölkənin futbol federasiyası açıqlama yayıb.

Serbiyada mayın 30-dan yüksək liqa və kubok oyunları davam etdiriləcək. Federasiya ilə klublar arasındakı razılığa əsasən, pley-off və pley-out oyunları ləğv olunub. Bu üzdən də mövsümə qalan 4 turu keçirməklə yekun vurulacaq.

Xorvatiyada isə kubok oyunları 30 və ya 31 may, yüksək liqa matçları isə iyunun 6-dan başlayacaq. Bütün oyunlar azarkeşsiz keçiriləcək. Eyni zamanda, Xorvatiyada 2 və 3-cü liqalarda mövsümün bərpa edilməyəcəyi də bildirilib.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter