Futzal liqalarının bərpası uzadıldı
- 20.04.2020, 21:25,
- İdman
Baxılıb: 18
Facebook
Вконтакте
Одноклассники
Google+
Azərbaycan Futzal Federasiyası yarışların bərpa müddətini uzadıb. "Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, qərar Nazirlər Kabinetinin aprelin 18-dəki qərarına əsasən, “Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinə uyğun olaraq qəbul olunub.
Yüksək, Birinci və İkinci liqalar və Azərbaycan Kubokunun oyunları mayın 4-dək təxirə salınıb.
Federasiya oyunların başlama tarixi barədə əlavə məlumat verəcək.