Yeniyetmə karateçimiz Aysu Əliyeva Avropa çempionatında bürünc medal qazandı
- 20.08.2021, 20:30,
- İdman / Xəbər
Baxılıb: 53
Facebook
Вконтакте
Одноклассники
Google+
Avqustun 20-də Finlandiyanın Tampere şəhərində 14-15 yaşlı yeniyetmələrin və 16-17 yaşlı gənclərin karate üzrə 48-ci Avropa çempionatı, 21 yaşadək gənclərin isə 13-cü qitə çempionatı start götürüb."Qanunyolu.info.az" xəbər verir ki, yarışın birinci günündə kumite üzrə 14-15 yaşlı yeniyetmələr arasında 47 kiloqram çəki dərəcəsində mübarizə aparan Aysu Əliyeva 3-cü yer uğrunda görüşdə Ana Lujiçə (Gürcüstan) 5:3 hesabı ilə qalib gələrək bürünc medal qazanıb.
Milli komandamız Avropa çempionatına 24 karateçi ilə qatılıb. Ümumilikdə isə Avropa çempionatında 45 ölkədən 1008 idmançı iştirak edir.
P.S. Məndə "Qanunyolu.info.az" xəbər portalının rəhbəri olaraq kollektivimiz adından yeniyetmə karateçimiz Aysu Əliyevaya bundan sonrakı döyüşlərində 1-ci yeri tutmasını, Azərbaycan bayrağını daima yüksəkliklərə qaldırmasını arzulayıram. Bu görüşdəki qələbəsinə görə də onu təbrik edir, ona uğurlar arzulayıram!