Bərdədə ağır yol qəzası - Ölənlər və yaralananlar var+Fotolar
- 28.02.2021, 20:00,
- Hadisə / Kriminal
Baxılıb: 41
Facebook
Вконтакте
Одноклассники
Google+
Bərdədə ağır yol-nəqliyyat hadisəsi baş verib."Qanunyolu.info.az", "Qafqazinfo"-nun məlumatına istinadən, hadisə Yevlax-Ağdam yolunun Bərdə rayon Samux kəndi ərazisində qeydə alınıb.
İlkin məlumata görə, "Vaz -2106", "Vaz-2107" və "Haval" markalı avtomobillər toqquşub. Hadisə zamanı 2 nəfər ölüb, bir neçə nəfər isə ağır xəsarət alıb. Ölənlərin və xəsarət alanların şəxsiyyəti araşdırılır.
Faktla bağlı araşdırma aparılır.
****
Qəza zamanı dünyasını dəyişənlər Bərdə rayon Şirvanlı kənd sakinləri Quliyev Elgiz Səxavət oğlu və Hüseynov Rəmzi Ələddin oğludur.
Xəsarət alanlar isə Əhmədli Ayşən Rafiq qızı, Əhmədli Şəlalə Əhliman qızı və Əhmədli Əhliman Kamal oğludur.