İndoneziyada şiddətli yağışlar həyatı iflic etdi - Video

İndoneziyada şiddətli yağışlar həyatı iflic etdi - Video

İndoneziyada musson yağışlarının səbəb olduğu daşqınlar müşahidə edilir.

“Qanunyolu.info.az” xarici KİV-ə istinadən xəbər verir ki, dünən gecədən şiddətlənən yağışlar Cənubi Cakarta və Şərqi Cakartanın bəzi bölgələrində subasmalara səbəb olub.

Cakarta Təbii Fəlakət Agentliyinin rəhbəri Sabdo Kurnianto bildirib ki, hava şəraiti ilə əlaqədar 1380 insan təxliyyə edilib.

Hazırda zərərçəkənlərə yardım göstərilməsi istiqamətində iş aparılır.

Ölkənin Cakarta, Boqor, Bekasi, Tanqeranq və Depok şəhərlərində yağışların daha da şiddətlənəcəyi ilə bağlı əhaliyə xəbərdarlıq edilib.

Qeyd edək ki, ekvator xəttində yerləşən İndoneziyada oktyabr-aprel ayları aralığında tez-tez subasmalar və sürüşmələr meydana gəlir.



Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter