Özbəkistanda yüzlərlə ev su altında qaldı
- 02.05.2020, 22:01,
- Dünya
Baxılıb: 21
Facebook
Вконтакте
Одноклассники
Google+
Özbəkistanda şiddətli yağışların təsiri ilə Sırdərya vilayətində su bəndinin qismən çökməsi ilə yüzlərlə ev su altında qalıb, 70 min insan bölgədən təxliyyə edilib.
"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, Özbəkistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Murad Sadıkovun sözlərinə görə, güclü yağışlar səbəbindən, Sardoba su anbarının divarının qismən çökməsi anbardan böyük miqdarda suyun daşmasına səbəb olub. Nəticədə bölgədəki kənd təsərrüfatı torpaqları və bəzi yaşayış sahələri su altında qalıb, yüzlərlə evə ciddi ziyan dəyib. Hadisə nəticəsində 56 nəfər yaralanıb, selin baş verdiyi anbarın yaxınlığında yaşayan 70 min insan bölgədən təxliyyə edilib.
Xilasetmə qruplarının işlərini davam etdirdiyini bildirən Sadıkov, anbar suyunun digər çaylara yönəldilməsi nəticəsində su axınının dayandırıldığını bildirib.
Qeyd edək ki, 2017-ci ildə inşası başa çatan 922 milyon kubmetr tutumlu Sardoba su anbarı, Sırdərya və Cizak vilayətlərində əkin sahələrinin suvarılması üçün istifadə olunur.
