Ermənilərin vurduğu zavodla bağlı rəsmi açıqlama - Fotolar

Ermənilərin vurduğu zavodla bağlı rəsmi açıqlama - Fotolar

Baş Prokurorluq Tərtərdə ermənilərin “Pambıq emalı zavodu”nu vurması ilə bağlı məlumat yayıb.

"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən həmin məlumatı təqdim edir:

Ermənistanın silahlı qüvvələri elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini, o cümlədən 1949-cu il tarixli Cenevrə Konvensiyalarının əsas norma və prinsiplərini kobud şəkildə pozmaqla dinc mülki əhalini, mülki infrastruktur obyektlərini ağır artileriya və raket atəşinə tutmaqda davam edir.

19.10.2020-ci il tarixdə səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Tərtər rayonu müxtəlif istiqamətlərdən intensiv raket və ağır artilleriyadan atəşə tutulub.
Ermənilərin vurduğu zavodla bağlı rəsmi açıqlama - Fotolar

Bu gün saat 16 radələrində rayonun Azadqaraqoyunlu kəndi ərazisinə top mərmisi düşməsi nəticəsində “Pambıq emalı zavodu” Məhdud Məsuliyyətli Cəmiyyətin Tərtər filialında yanğın baş verib.

Hazırda prokurorluq əməkdaşları tərəfindən yanğın zamanı hər hansı şəxsin (şəxslərin) xəsarət alıb-almamasını müəyyən etmək məqsədilə mövcud şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

İcimaiyyətə əlavə məlumat veriləcək.
Ermənilərin vurduğu zavodla bağlı rəsmi açıqlama - Fotolar

Ermənilərin vurduğu zavodla bağlı rəsmi açıqlama - Fotolar

Ermənilərin vurduğu zavodla bağlı rəsmi açıqlama - Fotolar
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter