Goranboy və Tərtərdə daha 2 mülki şəxs yaralanıb
- 09.10.2020, 19:15,
- Sosial / Bölgə / Xəbər
Baxılıb: 18
Facebook
Вконтакте
Одноклассники
Google+
Təcavüzkar Ermənistanın hərbi-siyasi rəhbərliyi beynəlxalq hüququn norma və prinsiplərini kobud şəkildə pozaraq dinc əhaliyə qarşı terror əməllərini davam etdirir.Baş Prokurorluğun mətbuat xidmətindən "Qanunyolu.info.az", "Qafqazinfo"-ya verilən məlumata istinadən, işğalçı ölkənin silahlı qüvvələri yaşayış məntəqələri və mülki əhalini hədəfə almaqla 09.10.2020-ci il tarixdə saat 18 radələrindən başlayaraq Goranboy və Tərtər rayonlarını müxtəlif istiqamətlərdən raket və artilleriya mərmilərindən intensiv atəşə tutmuşdur.
09.10.2020-ci il tarixdə saat 18 radələrində Goranboy rayonun Tapqaraqoyunlu kəndinə düşmən ölkənin silahlı qüvvələri tərəfindən 22 top mərmisinin atılması nəticəsində həmin kənd sakini 1980-ci il təvəllüdlü Mehracov Sənan Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Bundan başqa, Tərtər rayonunun inzibati mərkəzinin də eyni zamanda top atəşinə tutulması nəticəsində rayon sakini 1968-ci il təvəllüdlü Fərəcov Müşfiq Təvəkkül oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.
Hazırda prokurorluq əməkdaşları tərəfindən döyüş şəraitində mümkün olan bütün istintaq-əməliyyat tədbirləri həyata keçirilir.
