Gəncəyə raket hücumu nəticəsində məktəb binalarına da ziyan dəyib

Gəncəyə raket hücumu nəticəsində məktəb binalarına da ziyan dəyib

"Gəncənin mərkəzində yerləşən çoxmənzilli yaşayış binasının gecə saatlarında düşmən tərəfindən raket atəşinə tutulması nəticəsində 3-ü qadın olmaqla 8 nəfər həlak olub, 16-sı qadın, 6-sı azyaşlı olmaqla 34 nəfər yaralanıb".

"Qanunyolu.info.az", "Qafqazinfo" -ya istinadən xəbər verir ki, bunu Təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində yazıb. O bildirib ki, düşmənin raket hücumu nəticəsində məktəb binalarına da ziyan dəyib:

"Həmçinin 10-dan artıq çoxmənzilli yaşayış binasına, 100-dən çox müxtəlif təyinatlı obyektə, o cümlədən məktəb binalarına ziyan dəyib. Hazırda dağıntılar altında qalan mülki şəxslərin xilas edilməsi işləri davam etdirilir".
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter