Ukraynada təyyarə qəzası qurbanlarının sayı artdı
- 26.09.2020, 14:30,
- Hadisə / Dünya
Baxılıb: 47
Facebook
Вконтакте
Одноклассники
Google+
Ukraynanın Xarkov vilayətində An-26 hərbi təyyarəsinin qəzaya uğraması nəticəsində xəsarət alaraq ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən şəxs dünyasını dəyişib.
"Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən bildirir ki, bu barədə “İnterfaks” xəbər verib.“Şənbə günü saat 10:50-yə olan məlumata görə, aviasiya fəlakəti nəticəsində xəstəxanada son dərəcə ağır vəziyyətdə olan insan vəfat edib”, - Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin Mətbuat xidmətinin məlumatında deyilir.
Bununla da təyyarə qəzası qurbanlarının sayı 26-ya yüksəlib.
Ümumilikdə təyyarənin göyərtəsində 27 nəfər olub. Bir yaralı xəstəxanada qalmaqdadır.
An-26 təyyarəsinin qəzaya uğraması səbəbindən sentyabrın 26-sı Xarkov vilayətində matəm günü elan olunub.