Rusiyada təyyarə qəzası - 4 ölü

  • 19.04.2020, 22:55,
  • Dünya
  • Baxılıb: 17
Rusiyada təyyarə qəzası - 4 ölü












Rusiyanın Xabarovsk vilayətində təyyarənin qəzaya uğraması nəticəsində dörd nəfər həlak olub.

"Qanunyolu.info.az", "Qafqazinfo"-ya istinadən xəbər verir ki, L-4 markalı yüngül mühərrikli təyyarə Rusiyanın Xabarovsk vilayətində qəzaya uğrayıb. Agentliyin məlumatına görə, hadisə Moskva vaxtı ilə 6:45-də, Xabarovsk rayonunun Lesnoye kəndindən 700 metr şimalda, qeyri-yaşayış sahəsində baş verib.

Qəzadan sonra təyyarə yanmağa başlayıb, hazırda isə yanğının söndürüldüyü bildirilib. Qeyd olunub ki, təlim uçuşu zamanı baş verən qəza nəticəsində təyyarədə olan 4 nəfər həlak olub.

Agentliyin məlumatına görə qəzaya səbəb pilot səhvi və texniki nasazlıq olduğu ehtimal olunur. Fakt üzrə istintaq komitəsi tərəfindən hava nəqliyyatının istismarında təhlükəsizlik qaydalarının pozulması maddəsi ilə cinayət işi açılıb.
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter