Pakistandakı təyyarə qəzası ilə bağlı son məlumatlar
- 22.05.2020, 21:38,
- Dünya
Baxılıb: 9
Facebook
Вконтакте
Одноклассники
Google+
Pakistanın Kəraçi hava limanı yaxınlığında sərnişin təyyarəsinin qəzaya uğraması nəticəsində 35 nəfər ölüb, 32 nəfər yaralanıb."Qanunyolu.info.az", “Qafqazinfo” -ya istinadən xəbər verir ki, evlərin üzərinə düşən A-320 təyyarəsinin göyərtəsində 51 kişi, 31 qadın, 9 uşaq və 8 ekipaj üzvü olub. Dağılan evlərin altından 20 yerli sakin xilas edilib. Hadisə yerində xilasedicilər axtarışları davam etdirirlər.
Təyyarənin qara qutusunun tapıldığı bildirilir.
“RİA Novosti” isə xəbər verir ki, göyərtədə ümumilikdə 91 nəfər olub. Sərnişinlərdən 2-si – Zəfər Məsud və Mohd Zubayr adlı şəxslər sağ qalıblar. Zəfər Məsud Pəncab Bankın prezidentidir.