Şəmkirdə qəza, 5 nəfər yaralandı
- 23.08.2020, 15:30,
- Hadisə / Kriminal
Baxılıb: 20
Facebook
Вконтакте
Одноклассники
Google+
Şəmkirdə 5 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Qanunyolu.info.az", "Qafqazinfo"nun xəbərinə istinadən, Şəmkir-Gədəbəy avtomobil yolunun Yasamal aşırımı adlanan ərazisində "VAZ" markalı avtomobillə yük maşınının toqquşması nəticəsində 5 nəfər xəsarət alaraq xəstəxanaya aparılıb.
57 yaşlı Davud Orucov, 26 yaşlı İlkin Rəhimov və 12 yaşlı Tapdıq Quliyevin xəsarətləri daha ciddi olduğuna görə, onlar Gəncədə xəstəxanaların birinə yerləşdiriliblər. Daha 2 nəfərin vəziyyəti isə normal qiymətləndirilir.
Məlumata görə, "VAZ" markalı avtomobil taksi fəaliyyəti ilə məşğul olurmuş.
Faktla bağlı araşdırma aparılır.