Tərtərdə qəza, 8 nəfər yaralandı - Fotolar + Video

Tərtərdə qəza, 8 nəfər yaralandı - Fotolar + Video












Tərtərdə 8 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Qanunyolu.info.az", "Qafqazinfo"nun məlumatına istinadən, hadisə rayonun Qarağacı kəndində qeydə alınıb.

Belə ki, "Hyundai" markalı minik avtomobili hərəkətdə olan zaman idarəetməni itirərək qarşıdan gələn "Chevrolet" markalı minik avtomobili ilə toqquşub.
Nəticədə 8 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

2 qadın yüngül xəsarət aldığı üçün evə - ambulator müalicəyə buraxılıb.

Digər 6 nəfər Əlisoy Ehtiram, Atayev Arzuman, Almazov Sahil, Hüseynov Hüseyn, Nəbiyev İslam, Əlizadə Elşən ağır bədən xəsarətləri ilə Bərdə rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Yaralılardan 1-i Bakıya, 2-si isə Gəncə şəhərində yerləşən özəl klinikalardan birinə aparılıb.

Faktla bağlı araşdırma aparılır.

Tərtərdə qəza, 8 nəfər yaralandı - Fotolar + Video
Tərtərdə qəza, 8 nəfər yaralandı - Fotolar + Video
Tərtərdə qəza, 8 nəfər yaralandı - Fotolar + Video
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter