Cəlilabadda dəhşətli qəzada 5 nəfər öldü - Foto

Cəlilabadda dəhşətli qəzada 5 nəfər öldü - Foto

Cəlilabadda yol qəzası baş verib, 5 nəfər ölüb.

“Qanunyolu.info.az”-ın Report-a istinadən məlumatına görə, hadisə Cəlilabad-Yardımlı yolunun Sərhədabad kənd ərazisindən keçən hissəsində qeydə alınıb.

"VAZ-2107" markalı avtomobillə "Mitsubishi" markalı maşının toqquşması nəticəsində "07"də olan sürücü, 1966-cı il təvəllüdlü Məlikov Sakeh İshaq oğlu, sərnişinlər 1978-ci il təvəllüdü Kərimov Elçin Xanverdi oğlu, 1970-ci il təvəllüdlü İmanova Şura Həsənağa qızı, 1995-ci il təvəllüdlü Şahbazova Gültəkin Həmzə qızı, 1975-ci il təvəllüdlü Kərimova Gülnarə Sulduz qızı hadisə yerində vəfat edib. Onların hamısı rayonun Şabanlı kənd sakinləri olub.
Cəlilabadda dəhşətli qəzada 5 nəfər öldü - Foto

Qəza nəticəsində "Mitsubishi" markalı avtomobildə olan üç nəfər müxtəlif dərəcəli bədən xərarətləri alıb. Onlar Cəlilabad rayonunun İnili kənd sakini, 1948-ci il təvəllüdlü Rəhimov Xudaş Musa oğlu, 1984-cü il təvəllüdlü Rəhimov Samir Xudaş oğlu, 2006-cı il təvəllüdlü Rəhimova Jalə Samir qızıdır. Yaralılar Cəlilabad Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.
Cəlilabadda dəhşətli qəzada 5 nəfər öldü - Foto
Şərh yaz
  • BUGÜN
  • OXUNANLAR
SOSİAL ŞƏBƏKƏLƏR
  • Вконтакте
  • Facebook
  • Twitter