Səki ilə gedən 3 qadını maşın vurdu - Foto+Yenilənib
- 03.02.2022, 19:30,
- Hadisə / Kriminal
Baxılıb: 46
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncədə üç piyadanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib."Qanunyolu.info.az"-ın məlumatına görə, hərəkətdə olan "Chevrolet" markalı avtomobil idarəetmədən çıxaraq səki ilə hərəkət edən 3 qadını vurub. Daha sonra minik maşını yaşayış binasına çırpılıb.
Qəza zamanı piyadalar müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar xəstəxanaya yerləşdiriliblər, vəziyyətləri ağır olaraq qiymətləndirilir.
Onların şəxsiyyəti dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
****
Minik avtomobilinin vurduğu qadınların kimlikləri məlum olub.Onlar 1968-ci il təvəllüdlü Zəminə Şəfiyeva, 1977-ci il təvəllüdlü Zərifə Məmmədova və 1974-cü il təvəllüdlü Cəmilə Salmanovadır.