Tələbələrə qarşı quldurluq edən şəxs saxlanıldı
- 03.02.2022, 08:30,
- Hadisə / Kriminal
Baxılıb: 44
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncədə naməlum şəraitdə baş vermiş quldurluq hadisəsini törədən şəxsin kimliyi məlum olub."Qanunyolu.info.az" xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan məlumat verilib.
Bildirilib ki, aparılan araşdırmalar nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş Elnur Bünyadzadə yanvar ayının 31-də tələbələrin yaşadığı mənzilə daxil olaraq mənzil sakinlərini əlindəki bıçaqla hədələyərək ümumi dəyəri 4000 manat olan qızıl-gümüş və mobil telefonu quldurluq yolu ilə mənimsəyib.
Saxlanılan şəxs istintaqa təhvil verilib, araşdırmalar davam etdirilir.